az en
News / Azərbaycan futbol ailəsinin 155000-ci üzvü

Azərbaycan futbol ailəsinin 155000-ci üzvü

Qeydiyyat sistemi Dərc olundu: 25.01.2019 Çap
AFFA-nın “Futbola Qoşul” onlayn qeydiyyat sistemi vasitəsilə qeydiyyata alınanların sayı 155000 nəfərə çatıb.
 
Azərbaycan futbol ailəsinin 155000-ci üzvü
Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 155000-ci üzvü "Məhəllənin ulduzu” layihəsi çərçivəsində Yasamal rayonu, Süleyman Dadaşov 577  ünvanında AFFA tərəfindən inşa edilmiş süni örtüklü meydançada məşqlərə qatılan 30.05.2013-cü il təvəllüdlü Mahmudov Səlim Ayxan oğludur.
"Məhəllənin ulduzu" layihəsi AFFA tərəfindən inşa edilmiş süni örtüklü meydançalarda müxtəlif yaş qrupuna daxil olan uşaqlar üçün məşqlərin təşkil olunması, onların futbola, sağlam həyat tərzinə istiqamətləndirilməsi, bu idman növünün təbliğatının gücləndirilməsi məqsədi daşıyır. Layihə 6-8 yaşlı uşaqlar  üçün həftədə 2  və ya 3 dəfə təmənnasız olaraq məşq keçmək imkanı verir. Eyni zamanda, bütün məşq ləvazimatları da AFFA tərəfindən təmin olunur. Bu layihəyə xüsusi məşqçilik kursunu bitirmiş, minimum C məşqçilik lisenziyası olan məşqçilər cəlb edilib.
 
Baş Sponsor 
Partnyorlar