az en
News / Azərbaycan – Şimali İrlandiya: Məşqçi fikirləri

Azərbaycan – Şimali İrlandiya: Məşqçi fikirləri

DÇ-2018 Dərc olundu: 10.06.2017 Çap
2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş Azərbaycan – Şimali İrlandiya oyunundan hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
Azərbaycan – Şimali İrlandiya: Məşqçi fikirləri
Robert Prosineçki (Azərbaycan millisinin baş məşqçisi): “Çox danışmaq istəmirəm. Futbolda belə hallar olur. Bir komanda oynadı, digəri qələbə qazandı. Yəqin komandadan razı qalarsınız. Uşaqlar baxımlı oyun sərgilədi. Bu gün 70 faiz top bizdə idi. Çox az səhv etdik. Yalnız son dəqiqədə səhvə yol verdik və qol buraxdıq. 4 real qol şansımız var idi. Namiqi yıxdılar, hakim təhlükəli mövqedən cərimə zərbəsi vermədi. Mən komandamdan razı qaldım”.
 
Maykl Onil  (Şimali İrlandiya millisinin baş məşqçisi): “Çətin oyun oldu. Yaxşı komandaya qarşı çıxış etdik. Əsas qol vurmaq idi ki, bunu da bacardıq. Bəzi oyunçularımız müxtəlif səbəblərdən olmasa da, lazımi nəticəni əldə edə bildik. Qrupda lider Almaniya yığmasıdır. Bizim məqsədimiz ikinci yeri tutmaqdır. Bizim üçün hava şəraiti böyük rol oynadı. Avropa çempionatındakı heyətdən bu gün 7 nəfər yox idi. Bu üzdən bizim üçün əsas nəticə idi. Buna da nail olduq”.
 
 
Baş Sponsor 
Partnyorlar