az en
News / Azərbaycan – Litva: Biletlər satışa çıxarılır

Azərbaycan – Litva: Biletlər satışa çıxarılır

A Milli Dərc olundu: 01.03.2019 Çap
Martın 25-də  “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Litva yoldaşlıq oyununun biletləri martın 2-dən etibarən satışa çıxarılacaq.
 
Azərbaycan – Litva: Biletlər satışa çıxarılır
Saat 18:00-da başlayacaq oyunun biletlərinin qiyməti tribunalardakı kateqoriyalardan asılı olaraq 1, 2 və 10 AZN olacaq. Biletləri alarkən şəxsiyyət vəsiqəsi və ya pasport təqdim olunmalıdır. Biletlərin satış nöqtələrini diqqətinizə çatdırırıq:
 
№:
SATIŞ NÖQTƏLƏRİ:
ÜNVAN:
1
ASAN 1
Həsən Əliyev küç.36
2
ASAN 2
Nobel prospekti 23, AMAY TM 2-ci mərtəbə
3
ASAN 3
Abbas Mirzə Şərifzadə 157
4
28 Mall
28 May küçəsi, 2-ci mərtəbə
5
Gənclik Mall
Fətəli Xan Xoyski 38, 3-cü mərtəbə
6
Köşk 1
Sahil m. M.Rəsulzadə 3
7
Köşk 2
Bül-bül prospekti, Nizami küç.
8
Köşk 3
Üzeyir Hacıbəyov küç.69x
9
Heydər Əliyev Sarayının kassası
Bülbül pr.35
 
 

 
Baş Sponsor 
Partnyorlar