az en
News / Azərbaycan – Slovakiya: Məşqçi fikirləri

Azərbaycan – Slovakiya: Məşqçi fikirləri

Avro-2020 Dərc olundu: 11.06.2019 Çap
AÇ-2020-nin seçmə mərhələsində bu gün keçirilmiş Azərbaycan - Slovakiya oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
Azərbaycan – Slovakiya: Məşqçi fikirləri
Pavel Hapel (Slovakiya milli komandasının baş məşqçisi): “İlk dəqiqədən sona qədər yaxşı oynadıq. Qol buraxsaq da, fərqlənmək üçün şanslarımız kifayət qədər oldu və yekunda qələbə qazandıq. Hesabdan və oyundan razı qaldım. Azərbaycan millisinin zəif oynadığını deməzdim. Bugünkü oyunda bizim performansımız daha yüksək idi və rəqibə meydanda istədiyini etməyə imkan vermədik.
Gələn il final oyununu qəbul edəcək Bakı Olimpiya Stadionunda məşq keçmişik. Həm Bakı, həm də stadionunuz çox gözəldir. Təbii ki, biz buraya növbəti dəfə final mərhələsinin iştirakçısı kimi dönmək istərdik”.
 
Nikola Yurçeviç (Azərbaycan milli komandasının baş məşqçisi): “Bu nəticədən sonra nəsə demək çətindi. Amma oyunu qısa da olsa təhlil edəcəm. Qarşılaşmaya yaxşı başladıq, kombinasiya qurmağa, topa sahib olmağa çalışdıq. Matçın gedişində Araz Abdullayevin hesabı 2:3 etmək üçün imkanı oldu. Əlbəttə, pis nəticədi. Dördüncü qola qədər müəyyən şanslarımız oldu. Ancaq həmin qoldan sonra nəyisə dəyişmək çox çətin idi. Böyükhesablı məğlubiyyətə görə azarkeşlərdən üzr istəyirik. Növbəti oyunlarda daha yaxşı çıxış edəcəyimizə ümid edirik”.
 
Baş Sponsor 
Partnyorlar