az en
News / Azərbaycan U-21 – Finlandiya U-21: Məşqçi fikirləri

Azərbaycan U-21 – Finlandiya U-21: Məşqçi fikirləri

U-21 Dərc olundu: 13.10.2015 Çap
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində bu gün “Dalğa Arena”da keçirilmiş və yığmamızın 0:1 hesablı məğlubiyyəti ilə başa çatmış Azərbaycan – Finlandiya oyunundan sonra təşkil olunmuş mətbuat konfransında hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
Azərbaycan U-21 – Finlandiya U-21: Məşqçi fikirləri
Tommi Kautonen (Finlandiya yığmasının baş məşqçisi): “Hesab edirəm ki, hər iki komanda üçün çətin oyun oldu. Azərbaycan yığması Avstriyadakı məğlubiyyətdən sonra toparlanmağı bacarmışdı və bu gün bizə çətinlik yaşada bildi. Qapıçımız bir neçə epizodda bizi qoldan xilas etməyi bacardı. Amma rəqib qapıçı da yaratdığımız təhlükəli vəziyyətlərdə yaxşı oynadı”.
 
Yaşar Vahabzadə (Azərbaycan yığmasının baş məşqçisi): “Ötən oyun böyükhesablı məğlubiyyətə uğradığımız üçün komandada psixoloji vəziyyət yaxşı deyildi. Futbolçularla istər fərdi, istərsə də komanda şəklində söhbətlər apardıq. Bugünkü oyun göstərdi ki, komandada qələbə istəyi vardı və futbolçular əzmlə mübarizə apardılar. Bəlkə də oyun keyfiyyəti baxımından rəqibdən geri qaldıq. Bunun səbəbi xeyli sayda zədəli futbolçumuzun olmasıdır. Heyətdəki çətinliklərlə bağlı hücum planında istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Hətta bu oyunda start heyətin heç bir futbolçusu əvəz olunmadı. Çünki hücumda daha yaxşı oynamağa ehtiyacımız olsa belə, ehtiyat oyunçular skamyasındakı futbolçuların hamısı müdafiəyəmeyilli oyunçular idi”.
 
Baş Sponsor 
Partnyorlar