az en
News / Azərbaycan U-21 – Lixtenşteyn U-21: Məşqçi fikirləri

Azərbaycan U-21 – Lixtenşteyn U-21: Məşqçi fikirləri

U-21 Dərc olundu: 14.11.2019 Çap
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində bu gün “Kapital Bank Arena”da keçirilmiş Azərbaycan  - Lixtenşteyn oyunundan sonra mətbuat konfransında hər iki millinin baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:  
 
Azərbaycan U-21 – Lixtenşteyn U-21: Məşqçi fikirləri
Milan Obradoviç (Azərbaycan milli komandasının baş məşqçisi): “Oyunun gərgin keçəcəyini gözləyirdik. Bilirdik ki, rəqib daha çox müdafiə olunacaq, əks-hücumlarda qol vurmağa çalışacaq. Fasilədə uşaqlarla söhbətimizdə də bunu onların diqqətinə çatdırdıq və bir qədər səbrli, soyuqqanlı olmalarını tapşırdıq. Hücumlarımızı daha çox cinahlardan qururduq. İsveçrə ilə oyunda da hücumları cinahdan qurmuşduq, amma həmin görüşdə daha çox hava ötürmələrinə üstünlük vermişdik. Futbolçulara bu dəfə yerlə oynamağı tapşırmışdıq.
Bu gün satdiona bizi dəstəkləməyə gələn azarkeşlərə təşəkkür edirəm”.
 
Martin Stocklasa (Lixtenşteyn milli komandasının baş məşqçis): “Həm Azərbaycanın, həm də bizim qol vurmaq üçün şanslarımız oldu. Oyun heç-heçə də başa çata bilərdi. Azərbaycan millisi daha ehtiyatlı oynadı. Amma bu komandalar arasında keçirilmiş ilk oyunda vəziyyət belə deyildi. Onda komandalar fərqi oyun nümayiş etdirmişdi.
Vaxtilə bura futbolçu kimi də gəlmişdim. O vaxtdan hər iki ölkənin yığma komandalarının inkişaf etdiyini, nəticələrini yaxşılaşdırdığını vurğulaya bilərəm. Azərbaycan millisinin hazırkı heyətində istedadlı futbolçular var”.
 
Baş Sponsor 
Partnyorlar