az en
News / Azərbaycan (U-21) – İsveçrə (U-21): Məşqçi fikirləri

Azərbaycan (U-21) – İsveçrə (U-21): Məşqçi fikirləri

U-21 Dərc olundu: 15.10.2019 Çap
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində bu gün keçirilmiş Azərbaycan  - İsveçrə oyunundan sonra mətbuat konfransında hər iki millinin baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:  
 
Azərbaycan (U-21) – İsveçrə (U-21): Məşqçi fikirləri
Milan Obradoviç (Azərbaycan U-21 yığma komandasının baş məşqçisi): “Planlaşdırdığımız kimi oynadıq. Ancaq futbolda hər detal vacibdir. Bu gün bizə çox az şey çatmadı. Rəqibə istədiyi oyunu oynamağa imkan vermədik. Əlbəttə, nəticədən razı qalmadım, amma futbolçulardan razı qaldım. Komanda olaraq inkişaf istiqamətində daha bir addım atmış olduq. Ancaq çox işləməliyik. Rəqibə də yaxşı oyuna görə təşəkkür edirəm”.
Mauru Lustrinell (İsveçrə U-21 yığma komandasının baş məşqçisi): “Qələbə qazansaq da, buna asan nail olmadıq. Rəqibimiz də bunu bacarmaq üçün ürəklə oynadı. İstənilən halda, məqsədimizə çatdıq və hazırda 3 oyundan 9 xal toplamışıq ki, buna görə də özümü xoşbəxt hiss edirəm. Slovakiya yığması burda məğlub olmuşdu. Bunu nəzərə alsaq, bu komandaya qarşı oynamağın çətin olduğunu vurğulamalıyıq. Hətta deyərdim ki, oyunda bir az bəxtimiz gətirdi. Rəqib xüsusilə də sona yaxın təzyiqi artırdı. Biz isə dözməyə, hesabı qorumağa çalışdıq.
Fasiləyə qədər daha çox qol vura bilərdik. Ancaq ikinci hissədə Azərbaycan millisi yaxşı çıxış etdi. Oyun heç-heçə başa çatsaydı belə, narazı qalmayacaqdım. Rəqibimiz haqda xoş fikirlər səsləndirə bilərəm. Komanda ildən-ilə artırır. Bu tempdə daha 2-3 il işləsələr, inkişaf edəcəklər. Stadiona gəldikdə, həm qazonun durumunu, həm də atmosferi bəyəndim”.
 
Baş Sponsor 
Partnyorlar