az en
News / Azərbaycan U-21 – Ukrayna U-21: Məşqçi fikirləri

Azərbaycan U-21 – Ukrayna U-21: Məşqçi fikirləri

U-21 Dərc olundu: 19.11.2019 Çap
Bu gün  21 yaşadək futbolçular arasında "Dalğa Arena"da keçirilmiş Azərbaycan – Ukrayna yoldaşlıq oyunundan sonra hər iki komandanın baş məşqçilərinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
Azərbaycan U-21 – Ukrayna U-21: Məşqçi fikirləri
Ruslan Rotan (Ukrayna U-21 milli komandasının baş məşqçisi): “Bakıda sonuncu dəfə 2015-ci ildə olmuşdum. Açığı, şəhəriniz çox dəyişib, yaxşı mənada təəccübləndirdi. Yoldaşlıq oyunu üçün məhz bizi dəvət etdiyinizə görə təşəkkür edirik.
Oyun gözlədiyimiz kimi keçmədi. Yoldaşlıq görüşü olduğu üçün yeni dəvət etdiyimiz futbolçuları yoxlamağa çalışdıq. Bu istəyimiz də cəmi bir hissə alındı. İki qırmızı vərəqə aldıq və azlıqda qaldıq. Futbolçularımın əzmkarlıq göstərməsi məni sevindirdi. Azərbaycan millisi isə daha intizamlı, çevik və kompakt oynadı. Bu da Milan Obradoviçin əl işidir. Çünki əvvəlki matçlarınızda bunu izləməmişdik”.
 
Milan Obradoviç (Azərbaycan U-21 milli komandasının baş məşqçisi): “Yeni dəvət olunmuş futbolçulara şans verməyi planlaşdırmışdıq və belə də etdik. Oyunun əvvəlində bir qədər istədiyimizi reallaşdıra bilmədik. Çıxışımız qeyri-sabit alınırdı, əminlik çatmırdı. Bu da qeyd etdiyim kimi, heyətdə yeni dəvət etdiyimiz futbolçulara üstünlük verməyimizdən və çox istəkli olmağımızdan irəli gəlirdi. Son 30 dəqiqədə 2 hücumçu ilə çıxış etdik və pis təsir bağışlamadıq. Narazı qaldığım məqamlardan biri oyun zamanı bəzən nəzarəti tamamilə əldın verməyimizlə bağlıdır. Elə dəqiqələr olurdu ki, nə etdiyimizi bilmirdik. Ukrayna millisinin əks-hücumlarda daha yaxşı təsir bağışladığını bilə-bilə onlara oynamaq imkanı yaradırdıq”.
 
 
Baş Sponsor 
Partnyorlar