az en
News / Azərbaycan – Uels: Məşqçi fikirləri

Azərbaycan – Uels: Məşqçi fikirləri

Avro-2020 Dərc olundu: 16.11.2019 Çap
Avro-2020-nin seçmə mərhələsi çərçivəsində bu gün  "Bakcell Arena"da keçirilmiş Azərbaycan - Uels oyunundan sonra hər iki komandanın baş məşqçilərinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
Azərbaycan – Uels: Məşqçi fikirləri
Rayan Giqqz (Uels milli komandasının baş məşqçisi): “Hesabı qənaətbəxş hesab etmək olar. Oyunda təzyiq var idi. Müəyyən məqamlar oldu ki, onları inkişaf etdirmək lazım idi. Künc zərbələri zamanı imkanlarımız oldu ki fərqi artıraq, ancaq yararlana bilmədik. Ümumi götürdükdə, nəticə məni qane etdi. Həm də nəzərə alaq ki, Azərbaycan doğma meydanda oynayırdı və onlar coğrafi baxımdan bizim üçün heç də rahat hesab edilən rəqib deyil”.
 
Nikola Yurçeviç (Azərbaycan milli komandasının baş məşqçisi): “Qələbə münasibəti ilə Uels millisini təbrik edirəm. Layiqli qələbə qazandılar. Rəqib daha yaxşı oynadı. Yenə də standart vəziyyətdən qol buraxdıq. Uelsin bu cür vəziyyətlərdə ucaboylu futbolçularından istifadə edəcəyini gözləyirdik. Özümüzün də çoxsaylı künc zərbələrimiz oldu. Təəssüf ki, bir oyunda qazandığımız bu qədər künc zərbələrindən istifadə edə bilmədik. Oyun ərzində qol vurmaq üçün cəhdlərimiz oldu, amma son ötürmələrin düzgün, keyfiyyətli olmaması hücumların nəticəsiz başa çatmsı ilə yekunlaşdı. Bir epizod oldu ki, köməkçilərim hakimin penaltimizi vermədiyini düşünür. Əgər həmin penalti verilsəydi, oyunun axarını dəyişə biləcəkdik, ya yox, bunu iddia edə bilmərəm. Fiziki cəhətdən güclü futbolçularımızdan Maksim Medvedevin və Eddi İsrafilovun yoxluğu da hiss olunurdu.
Ümumi götürdükdə, digər komandalarda keyfiyyət, təcrübə bizdən çoxdur. Onların futbolçuları daha yaxşı liqalarda çıxış edirlər. Biz də mübarizə apardıq. Elə oyunlar oldu ki, xalımızı əlimizdən aldılar. Macarıstanla oyunu buna misal çəkə bilərəm. Bəzi matçlarda isə 2-3 həlledici səhvə yol verdik və yekunda yaxşı oyunumuzu xalla tamamlaya bilmədik. Slovakiya ilə qarşılaşmada xal ehtiyatımızı artırmağa çalışacağıq. Bu seçmə mərhələdə komandada çıxış edən gənc futbolçular kifayət qədər təcrübə topladılar və onların növbəti oyunlarda daha yaxşı çıxış edəcəyini düşünürəm”.
 
 
 
Baş Sponsor 
Partnyorlar