az en
News / Azərbaycan – Xorvatiya: Akkreditasiya üçün qeydiyyat

Azərbaycan – Xorvatiya: Akkreditasiya üçün qeydiyyat

Avro-2020 Dərc olundu: 23.08.2019 Çap
AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində, sentyabrın 9-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Xorvatiya oyunu üçün akkreditasiya almaq istəyən KİV nümayəndələri avqustun 26-dək qeydiyyatdan keçməlidirlər.
 
 
Azərbaycan – Xorvatiya: Akkreditasiya üçün qeydiyyat
Qeydiyyatdan keçmək üçün tələb olunanlar:
 
1. Qeydiyyatdan keçənin adı, soyadı, atasının adı
2. Şəxsiyyət vəsiqəsinin surəti (skaner olunmuş)
3. Təmsil etdiyi KİV
4. Vəzifəsi
5. 3x4 ölçüdə, elektron formatda rəsmi sənəd üçün şəkil
 
Yuxarıda qeyd olunanlar 26 avqust saat 18:00-a qədər [email protected] ünvanına göndərilməlidir. Müraciət edənlər qeydiyyat üçün tələb olunanların hər birini təqdim etdikdən və [email protected] ünvanından müvafiq təsdiq cavabı aldıqdan sonra qeydiyyatdan keçmiş hesab olunacaqlar.
 
Baş Sponsor 
Partnyorlar