az en
News / Baş katib Məşqçilər Komitəsi ilə görüşüb

Baş katib Məşqçilər Komitəsi ilə görüşüb

Məşqçilər Komitəsi Dərc olundu: 03.07.2015 Çap
Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov Məşqçilər Komitəsinin üzvləri ilə görüşüb.
 
Baş katib Məşqçilər Komitəsi ilə görüşüb
Görüşdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Qazaxıstanda keçirilmiş “Prezident kuboku” turnirindəki çıxışı ilə bağlı hesabat müzakirə olunub, yığmanın çıxışı müsbət qiymətləndirilib. U-17-nin növbəti turnirlər üçün 10 aylıq hazırlıq planının tərtib olunması qərara alınıb.
Şahin Diniyevin “Kəpəz” klubuna baş məşqçi təyin olunması ilə əlaqədar Məşqçilər Komitəsində yaranmış vakant yerə komitə tərəfindən Əsgər Abdullayevin namizədliyi irəli sürülüb.
Məşqçilər Komitəsində işlərin çoxluğu nəzərə alınaraq, Şakir Qəribovun komitədə fəaliyyətini davam etdirməsi qərara alınıb.
 
Baş Sponsor 
Partnyorlar