az en
News / Baş katib UEFA Uşaq Fondunun iclasında (fotolar)

Baş katib UEFA Uşaq Fondunun iclasında (fotolar)

UEFA Dərc olundu: 30.11.2018 Çap
İsveçrənin Nyon şəhərində UEFA Uşaq Fondunun (UEFA Foundation for children) İdarə Heyətinin növbəti iclası keçirilib. 
 
Baş katib UEFA Uşaq Fondunun iclasında (fotolar)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi, fondun idarə heyətinin üzvü Elxan Məmmədovun iştirak etdiyi iclasda dünya idmanının tanınmış simalarından biri, boks idman növündə çoxsaylı uğurlara imza atmış Vitali Kliçko UEFA Uşaq Fondunun yeni üzvü seçilib.
Xatırladaq ki, AFFA-nın 2017-ci ildə irəlü sürdüyü “Brave Hearts” (Cəsur ürəklər) adlı layihə  UEFA Uşaq Fondu tərəfindən təsdiq olunmuş, layihə əsasında fondun maliyyə dəstəyi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində inşa edilmiş süni örtüklü meydançada uşaqlar arasında turnir keçirilmişdi.
 
Baş Sponsor 
Partnyorlar