az en
News / Baş məşqçinin brifinqi olacaq

Baş məşqçinin brifinqi olacaq

Futzal Dərc olundu: 18.01.2018 Çap
Yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın Lyublyana şəhərində keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışını Bakıda davam etdirir. 
 
Baş məşqçinin brifinqi olacaq
Yanvarın 27-nə qədər paytaxtda hazırlıq keçəcək millinin yanvarın 19-da, Bakı İdman Sarayında keçiriləcək və saat 10:15-də başlayacaq məşqinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq, həmçinin baş məşqçi Joze Alesio da Silvanın iştirakı ilə brifinq təşkil olunacaq.
 
 
Baş Sponsor 
Partnyorlar