az en
News / Bakı Olimpiya Stadionunda əyləncə günü

Bakı Olimpiya Stadionunda əyləncə günü

AFFA Dərc olundu: 27.04.2016 Çap
Xəbər verdiyimiz kimi, mayın 1-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı Marafonu keçiriləcək.
 
Bakı Olimpiya Stadionunda əyləncə günü
Dövlət Bayrağı Meydanından start götürəcək yarı-marafon 21 kilometr olacaq və Bakı Olimpiya Stadionunda başa çatacaq. Qaçışçılar arasında atletlər, siyasətçilər, tanınmış şəxslər, ictimaiyyət nümayəndələri və tələbələr olacaqdır.
Yarışın finiş xətti və medal təltifetmə mərasimi Bakı Olimpiya Stadionunda olacağına görə daha çox insanın buranı ziyarət edəcəyi gözlənilir. Məhz bu səbəbdən yalnız qaçışçıların deyil, həm də yarışı izləməyə gələn şəxslərin əyləncəsi üçün mayın 1-də saat 10-dan axşam satlarına qədər Bakı Olimpiya Stadionunda “Fan Zona” fəaliyyət göstərəcək. “Fan Zona”da müxtəlif əyləncələr, idman avadanlıqları, musiqi şousu və lotoreya keçiriləcək. “Fan Zona”ya giriş sərbəst olacaq.
Sürücülər üçün xüsusi parkinq yeri ayrılacaq, digər qonaqlar isə H. Əliyev prospekti istiqamətindən “Fan zona”ya rahat keçə bilərlər.
Xatırladaq ki, Azərbaycan Futbol Federasiyaları Assosoiasiyası "Bakı Marafonu 2016"nı dəstəkləyir və marafonun rəsmi tərəfdaşıdır. AFFA-nın əməkdaşları və futbol ictimaiyyətinin tanınmış nümayəndələri marafonda UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 kontekstində iştirak edəcəklər.
Əlavə suallar üçün əlaqə telefonları: +994 12 422 64 10, +994 12 422 65 15.
Gəlin hamımız “küləyə qalib gələnlər”i dəstəkləyək!
Baş Sponsor 
Partnyorlar