az en
News / “Bakcell U-14 Elit Kuboku” turniri başa çatıb

“Bakcell U-14 Elit Kuboku” turniri başa çatıb

Turnir Dərc olundu: 12.02.2015 Çap
AFFA-nın təşkil etdiyi “Bakcell U-14 Elit Kuboku” turnirinə bu gün Bayıl stadionunda yekun vurulub.
 
“Bakcell U-14 Elit Kuboku” turniri başa çatıb
III yer uğrunda oyunda “Bakı” və “Neftçi” komandaları qarşılaşıb.  Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha 1 qol vuran “Bakı” turniri üçüncü pillədə başa vurub.
Final oyunu “İnter” və “Qəbələ” komandaları arasında keçirilib. Rəqibini 3:0 hesabı ilə məğlub edən “Qəbələ” “Bakcell U-14 Elit Kuboku” turnirinin qalibi adını qazanıb.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, Bakcell şirkətinin nümayəndəsi Ayaz Əhmədov, Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov və “İnter” klubunun kənar idarəçisi Georgi Nikolov təqdim edib.
 
Baş Sponsor 
Proyekt Partnyorları