az en
News / Bakcell U-17 liqasının qalibi məlum olub (fotoreportaj)

Bakcell U-17 liqasının qalibi məlum olub (fotoreportaj)

Bakcell U-17 Liqası Dərc olundu: 25.05.2018 Çap
AFFA-nın təşkil etdiyi Bakcell U-17 Liqasına yekun vurulub.
 
Bakcell U-17 liqasının qalibi məlum olub (fotoreportaj)
2017/2018-ci il mövsümünun qalibi “Qəbələ” komandası olub. Mövsümün son turunun oyunundan sonra Qəbələ şəhər stadionunda liqanın qalibinə qızıl medal və kubok təqdim edilib. “Səbail” gümüş, “Neftçi” bürünc medallara sahib çıxıb. Gümüş və bürünc medalların sahiblərinə mükafatlar AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə təqdim edilib.
Liqanın ən yaxşı qapıçısı adına “Qəbələ” komandasından Elməddin Sultanov layiq görülüb. Mövsümün ən yaxşı oyunçusu “Səbail”dən Xəlil Bəşirov, ən məhsuldar oyunçu isə 33 qolla “Sumqayıt”ın üzvü İbrahim Novruzov olub.
Komandanın üzvlərinə mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və futbol veteranı Rüstəm Rəhimov təqdim ediblər.
 
Baş Sponsor 
Partnyorlar