az en
News / Bakıda FIFA-nın sammiti keçirilib (fotoreportaj)

Bakıda FIFA-nın sammiti keçirilib (fotoreportaj)

FİFA Dərc olundu: 22.11.2017 Çap
Bakıda FIFA İcraedici Futbol Sammiti keçirilib. Tədbirdə FIFA-nın prezidenti Canni İnfantino, FIFA-nın baş katibi Fatma Samoura, Azərbaycana yaxın regionda yerləşən ölkələrin futbol federasiyalarının, həmçinin FIFA üzvü olan müxtəlif konfederasiyaların tərkibindəki milli assosiasiyaların rəhbər şəxsləri iştirak edib. Sammit iştirakçılarının siyahısına Əfqanıstan, Tacikistan, Türkmənistan, Benin, Çad, Cibuti, Özbəkistan, Belarus, Gürcüstan, Qazaxıstan, Latviya, Moldova, Ukrayna və Rusiya futbol federasiyaları daxil olub.
 
Bakıda FIFA-nın sammiti keçirilib (fotoreportaj)
Baş Sponsor 
Partnyorlar