az en
News / Balakəndə “Qızlar Futzal Kuboku” turniri keçiriləcək

Balakəndə “Qızlar Futzal Kuboku” turniri keçiriləcək

Kütləvilik Dərc olundu: 21.12.2018 Çap
Dekabrın 22-də və 23-də  Balakən rayonunda 13 yaşadək məktəbli qızlar arasında “Qızlar Futzal Kuboku”  turniri keçiriləcək.
Balakəndə “Qızlar Futzal Kuboku” turniri keçiriləcək
Balakən Olimpiya İdman Kompleksində keçiriləcək yarışda rayonun 12 məktəbindən 120 şagird iştirak edəcək. Turnirin ilk günündə qrup mərhələsi üzrə 12 oyun keçiriləcək. Növbəti gün isə play-off mərhələsinin oyunları təşkil olunacaq. AFFA və UEFA tərəfindən iştirakçı komandalar idman geyimləri və ayaqqabılarla təmin olunacaqlar. Turnirdə ilk üç yeri tutan komandalara diplomlar və medallar, qalib komandaya isə kubok təqdim ediləcək.
Xatırladaq ki, AFFA və UEFA-nın dəstəyi ilə keçirilən “Qızlar Futzal Kuboku” layihəsi bundan əvvəl Qubada və Mingəçevirdə təşkil olunub. 
 
Baş Sponsor 
Partnyorlar