az en
News / Bayıl stadionunda “3x3 oğlanlar” turniri

Bayıl stadionunda “3x3 oğlanlar” turniri

Turnir Dərc olundu: 10.05.2017 Çap
Futbolun təbliğatının gücləndirilməsi və kütləviliyin artırılması məqsədilə Bayıl stadionunda oğlanlar arasında 2 yaş qrupu üzrə "3x3 oğlanlar turniri" keçirəcək. Turnirin qaydalarına görə, hər komandanın iştirak ərizəsində 5 nəfərin adı qeyd olunmalıdır. Oyun zamanı hər komandanın heyətində meydana 3 nəfər çıxır. İştirakçılardan dördü indiyədək hər hansı komandanın heyətində çıxış etməyən, adı AFFA-nın Qeydiyyat bazasında olmayan oyunçu olmalıdır.
 
Bayıl stadionunda “3x3 oğlanlar” turniri
Keçirilmə tarixi: 28 may | 09:00
Keçirilmə yeri: Bayıl Arena, Bakı
Qeydiyyat: 23 may 12:00-a qədər
 
KEÇİRİLMƏ QAYDALARI
Turnir 2 yaş qrupu üzrə keçirilir. Oyun zamanı 3 oyunçu meydançada olur. Hər komandada 5 oyunçu olmalıdır İştirakçılardan dördü indiyədək hər hansı komandada çıxış etməyən oyunçular olmalıdır (AFFA-nın qeydiyyat bazasında adı olmamalıdır). Oyunların müddəti 10 dəqiqədir (hər hissə 5 dəqiqə). İştrakçılar idman geyimində olmalıdırlar, təşkilatçılar tərəfindən iştirakçılara yalnız oyun jiletləri veriləcək. Turnirin keçirilmə qaydaları ilə bağlı ətraflı məlumat turnir zamanı iştrakçılara veriləcək. Turnir zamanı müxtəlif yarışlar keçiriləcək, qaliblər mükafatlandırılacaq.
 
 KATEQORİYALAR
SENİOR – 2005-2007-ci il təvəllüdlü olanlar
JUNİOR – 2008-2010-cu il təvəllüdlü olanlar
 
QEYDİYYAT
İştirak etmək üçün yuxarıdakı qeydiyyat blankı doldurulmalıdır. Qeydiyyat blankında göstərilən bütün bölmələr üzrə məlumatlar qeyd edilməlidir. Komandanın adı bölməsində iştirak edəcək komandaya verilmiş ad yazılmalıdır. İlk dəfə futbol oynayacaq oyunçunun adının qarşısında yeni bölməsi işarələnməlidir. Doldurulmuş blanklar [email protected] elektron unvanına gondərilməlidir.
 
 
 
 
Baş Sponsor 
Partnyorlar