az en
News / BDU-nun komandası çempion olub

BDU-nun komandası çempion olub

AFFA Dərc olundu: 29.04.2017 Çap
AFFA, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi, Tələbə Futbol Federasiyasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin və kolleclərin tələbələri arasında təşkil edilən Azərbaycan çempionatına yekun vurulub.
 
BDU-nun komandası çempion olub
Üçüncü yer uğrunda keçirilmiş oyunda Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandası ilə Azərbaycan Texniki Universitetinin komandası üz-üzə gəlib. Memarlıq və İnşaat Universitetinin komandası 2:1 hesabı ilə qalib gəlib.
Final oyununda isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası ilə Bakı Dövlət Universitetinin komandası qarşılaşıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən BDU-nun komandası çempion olub.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub.
Sabir Əlişanov (AMİU) turnirin ən yaxşı müdafiəçisi, Nicat Mahmudov (ADBTİA) ən yaxşı hücumçusu seçilib. Nurəlı Əsədov (BDU) isə çempionatın bombardiri olub. 
Mükafatları AFFA-nın I vitse-prezidenti, millət vəkili  Rauf Əliyev, baş katib Elxan Məmmədov, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Tələbə Futbolu Federasiyasının prezidenti Firudin Qurbanov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və millət vəkili Fazil Qəzənfəroğlu təqdim ediblər.
 
 
Baş Sponsor 
Partnyorlar