az en
News / Beynəlxalq Qızlar Günü ilə bağlı videoçarx

Beynəlxalq Qızlar Günü ilə bağlı videoçarx

UNICEF Dərc olundu: 11.10.2017 Çap
Beynəlxalq Qızlar Günü qızların hüquqlarını və dünyadakı qızların üzləşdikləri özünəməxsus problemləri anlamaq məqsədilə hər il oktyabrın 11-də qeyd olunur. Bu il UNICEF-in Azərbaycandakı Nümayəndəliyi və AFFA idman vasitəsilə qızların necə gücləndirilə biləcəyini işıqlandıran qısa bir video hazırlamaq üçün biraraya gəlib.
 
Beynəlxalq Qızlar Günü ilə bağlı videoçarx
Ünsiyyət qurmaq üçün xüsusilə faydalı yollardan biri olan idman, qızlara başqaları ilə sosial baxımdan əlaqə yaratmaq üçün imkanlar yarada bilər. Bir çox qızlar üzləşdikləri müəyyən qadağalar səbəbindən bundan yararlana bilmir. Qızlara idmanla məşğul olmaq imkanı verildiyi təqdirdə, oğlanlarla müqayisədə onlara “daha bacarıqsız” damğası vuran stereotiplərlə mübarizə apara bilərlər. İdman da təhsil kimi, qızların cəmiyyətdə bərabərhüquqlu fərdlərə çevrilməsinə kömək edə bilər.
 
 
Baş Sponsor 
Partnyorlar