az en
News / “Biz yenə də layiqli oyun göstərmək istəyirik”

“Biz yenə də layiqli oyun göstərmək istəyirik”

A Milli Dərc olundu: 12.10.2019 Çap
AÇ-2020-nin seçmə mərhələsində oktyabrın 13-də, saat 20:00-da Budapeşt şəhərindəki “Groupama Arena”da keçiriləcək Macarıstan – Azərbaycan oyunu ərəfəsində millimizin baş məşqçisi Nikola Yurçeviç və komandanın üzvü Emil Balayevin iştirakı ilə bu gün mətbuat konfransı təşkil olunub:
 
“Biz yenə də layiqli oyun göstərmək istəyirik”
Nikola Yurçeviç: “Hər iki komanda üçün vacib oyundur. Macarıstan yığmasının AÇ-nin final mərhələsinə vəsiqə qazanmaq şansı davam edir. Biz isə yüksələn qrafiki davam etdirmək istəyirik. Uels və Xorvatiyaya qarşı yaxşı futbol sərgilədik. 3 əsas futbolçumuz müxtəlif səbəblərdən bu oyunda iştirak edə bilməyəcək. Buna baxmayaraq, biz yenə də layiqli oyun göstərmək istəyirik. Macarıstana böyük hörmətlə yanaşırıq”.
 
Emil Balayev: “Oyuna yaxşı hazırlaşmışıq. Komandamızda əhval-ruhiyyə yüksəkdir. Sabah bizi maraqlı oyun gözləyir. Futbol kollektiv oyunudur. Xorvatiya ilə Bakıda keçirdiyimiz oyunda millidə debüt etdim. İlk oyunum olmasına baxmayaraq, gərgin deyildim, çünki komanda yoldaşlarım mənə inamını nümayiş etdirirdi. Düşünürəm ki, sabah da həyəcanlı olmayacam”.
 
Baş Sponsor 
Proyekt Partnyorları