az en
News / Bonus vəsait klubların büdcəsinə köçürülüb

Bonus vəsait klubların büdcəsinə köçürülüb

Avropa Liqası Dərc olundu: 03.11.2016 Çap
UEFA Avropa Liqası turnirinin 2015/2016-cı il mövsümündə qrup mərhələsində çıxış etmiş “Qarabağ” və “Qəbələ” klublarının büdcəsinə növbəti maliyyə vəsaiti köçürülüb.
 
Bonus vəsait klubların büdcəsinə köçürülüb
Qeyd olunan vəsait hər iki klubun ötən mövsüm Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar UEFA tərəfindən ayrılmış bonusdur.
Avropa futbol qurumu tərəfindən verilən vəsait – müvafiq olaraq, “Qarabağ” klubuna 376.952.00 avro, “Qəbələ” klubuna isə 376.814.00 avro – AFFA-nın vasitəçiliyi ilə artıq hər iki klubun hesabına daxil edilib.
 
Baş Sponsor 
Partnyorlar