az en
News / Boulevard Hotel U-15 Liqasının qalibi mükafatlandırılıb (fotolar)

Boulevard Hotel U-15 Liqasının qalibi mükafatlandırılıb (fotolar)

U-15 Dərc olundu: 21.05.2018 Çap
Boulevard Hotel U-15 Liqasında XXX turun oyunları keçirilib.
 
Boulevard Hotel U-15 Liqasının qalibi mükafatlandırılıb (fotolar)
“Qarabağ” – “Vətən” (0:2) qarşılaşması başa çatdıqdan sonra mövsümü birinci və üçüncü yerdə başa vurmuş komandaların mükafatlandırılması mərasimi keçirilib. Mükafatları AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev və Vətən Futbol Məktəbinin direktoru Mustafa Həsənov təqdim ediblər.
Boulevard Hotel U-15 Liqasının 2017/2018-ci il mövsümünün qalibi "Vətən" komandası olub. “Qəbələ” ikinci, "Keşlə" isə üçüncü yeri tutub. Kamran Şabıyev (“Qarabağ”) liqanın ən yaxşı qapıçısı, Kamal Kazımov (“Qəbələ”) ən yaxşı oyunçusu seçilib. “Vətən” komandasının üzvü Elvin Abdullayev isə bombardir olub.
Qeyd edeək ki, "Qəbələ" komandasına mükafatlar Qəbələdə təqdim ediləcək. 
 
 
Baş Sponsor 
Partnyorlar