az en
News / Bərabərlik naminə yoldaşlıq oyunu (fotoreportaj)

Bərabərlik naminə yoldaşlıq oyunu (fotoreportaj)

AFFA Dərc olundu: 14.04.2018 Çap
Azərbaycanda akkreditə olunmuş bir sıra diplomatik missiyalarının nümayəndələri və qızlardan ibarət Azərbaycan U-19 yığmasının futbolçularının iştirakı ilə ölkədə gender bərabərliyini dəstəkləmək üçün yoldaşlıq oyunu keçirilib.
 
 
Bərabərlik naminə yoldaşlıq oyunu (fotoreportaj)
Tərəflər #bərabərliknaminə həştəqi və Dayanıqlı İnkişaf Məqsədləri yazısı olan futbol köynəklərində çıxış ediblər.
 
Tədbiri  Birləşmiş Millətlər Təşkilatı (BMT), Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Missiya Rəhbərləri Xanımlarının Təşkilatı (HOMS) və Meksika səfirliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil ediblər.
 
“İdmanın qadın və qızların səlahiyyətləndirilməsi, onların həyat bacarıqları və yeni imkanlar əldə etməsi işində böyük potensialı var,” BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai açılış çıxışında söyləyib. “BMT qızlar və qadınların səlahiyyətləndirilməsi səylərini dəstəkləmək üçün dövlət qurumları və vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığı davam etdirəcək.”
 
YUNESKO-nun Bədən Tərbiyəsi və İdman üzrə Beynəlxalq Nizamnaməsinin birinci bəndinə əsasən, “bədən tərbiyəsi və idman hamının təməl haqqıdır”. Bugünkü tədbirə qoşulan gənc futbolçular meydanda olmaqla fiziki güc və liderlik qabiliyyətlərini nümayiş etdirirlər, eləcə də peşəkar fəaliyyətləri ilə gender bərabərliyini təşviq edirlər.
 
Baş Sponsor 
Proyekt Partnyorları