UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ” bu gün ilk oyununu keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da başlayacaq qarşılaşma CBC Sport televiziya kanalında canlı yayımlanacaq. Oyunu İsveçdən olan hakimlər briqadası idarə edəcək:
Baş hakim: Andreas Ekberg
Baş hakimin köməkçiləri: Mehmet Culum, Stefan Hallberg
Dördüncü hakim: Kristoffer Karlsson
(Hakimlər briqadası İsveçdəndir)
Hakim-inspektor: Robert Sedlacek (Avstriya)
UEFA nümayəndəsi: Oljas Abrayev (Qazaxıstan)