UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ” bu gün Moldova klubu “Şerif”lə qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da başlayacaq qarşılaşma CBC Sport televiziya kanalında canlı yayımlanacaq. Oyunu Makedoniyadan olan hakimlər briqadası idarə edəcək:
Baş hakim: Aleksandar Stavrev
Baş hakimin köməkçiləri: Maryan Kirovski, Deyan Kostadinov
Dördüncü hakim: Dimitar Meçkarovski
(Hakimlər briqadası Makedoniyadandır)
Hakim-inspektor: Yohan Verbist (Belçika)
UEFA nümayəndəsi: Yevgeni Milevski (Latviya)