az en
News / “Bu, mənim üçün böyük şərəfdir”

“Bu, mənim üçün böyük şərəfdir”

AFFA Dərc olundu: 26.10.2016 Çap
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Respublika Prezidenti cənab İlham Əliyevin milli komanda və məşqçinin özü barədə səsləndirdiyi xoş sözlərlə bağlı affa.az saytına açıqlama verib: 
 
“Bu, mənim üçün böyük şərəfdir”
“Öz ölkəmin Prezidenti və Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevlə görüşdüyüm üçün çox şadam. Azərbaycan Prezidenti tərəfindən Xorvatiyanın dövlət başçısının şərəfinə verilən ziyafətdə iştirak etdiyim  üçün böyük fəxr hissi keçirirəm. Cənab İlham Əliyevin Azərbaycan milli komandasının nəticələrindən razı olması, dövlət başçısı tərəfindən Xorvatiyanın Azərbaycanda ən yaxşı səfiri adlandırılmağım məni çox sevindirir və qürurlandırır. Bu, mənim üçün böyük şərəfdir və buna görə təşəkkür edirəm. Haqqımızda deyilən xoş sözlər, eyni zamanda, bizim üçün böyük məsuliyyətdir. Qarşıdakı oyunlarda bu etimadı doğrultmağa çalışacağıq”.
 
Baş Sponsor 
Partnyorlar