az en
News / “Bu mərhələyə daha ciddi hazırlaşmalıyıq”

“Bu mərhələyə daha ciddi hazırlaşmalıyıq”

U-19 Dərc olundu: 06.12.2018 Çap
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Vüqar Məmməd Avropa çempionatının elit-raund mərhələsinin püşkünün nəticələri ilə bağlı affa.az-a fikirlərini bildirib:
 
“Bu mərhələyə daha ciddi hazırlaşmalıyıq”
“Püşkatmanın nəticələrindən razıyam. İrlandiya, Rusiya və Rumıniya kimi komandalara qarşı oynayacağıq. Bu mərhələyə daha ciddi hazırlaşmalıyıq. Elit-raundda Avropanın ən yaxşı komandaları mübarizə aparır. Burada zəif komanda yoxdur. Demək olar, komandaların hər biri səviyyə baxımından bir-birinə yaxındır. Artıq püşkatmaya qədər potensial rəqiblərimizin hamısının son rəsmi oyunlarını izləmişdik. Ona görə də rəqibləri tanıyırıq və nəyə qadir olduqlarını bilirik”.
 
Baş Sponsor 
Partnyorlar