az en
News / Cavab oyunları keçirilib

Cavab oyunları keçirilib

Avropa Liqası Dərc olundu: 19.07.2019 Çap
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları keçirilib.
 
Cavab oyunları keçirilib
“Bakcell Arena”da keçirilmiş oyunda Moldovanın “Speranta Nisporeni” klubu ilə qarşılaşan “Neftçi” növbəti mərhələyə yüksəlib. İlk oyunda 3:0 hesabı ilə qələbə qazanan təmsilçimiz cavab görüşündə rəqib qapısından 6 cavabsız top keçirib. Vangelis Platellasın dubl etdiyi oyunda paytaxt klubunun digər qollarını Emin Mahmudov, Dario Federiko, Jozef Monroz və İsmayıl Zülfüqarlı vurub. Yeri gəlmişkən, bu nəticə klublarımızın avrokubok oyunlarında qazandığı ən böyük hesablı qələbəsidir. 
Turnirdəki digər təmsilçimiz “Səbail” isə mübarizəni dayandırıb. Rumıniyada “Universitatea Craiova”nın qonağı olan paytaxt klubu 2:3 hesabı ilə məğlub olub. Bakıdakı qarşılaşmada da eynihesabla yenilən “Səbail”in heyətində Ağabala Ramazanov və Dylan Duventru fərqlənib.
“Neftçi” UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Rusiyanın “Arsenal” klubu ilə qarşılaşacaq. Bu komandalar arasında ilk oyun iyulun 25-də Tulada, cavab matçı isə avqustun 1-də Bakıda keçiriləcək.
 
Baş Sponsor 
Partnyorlar