az en
News / CBC Premyer Liqa oyunlarını canlı yayımlayacaq

CBC Premyer Liqa oyunlarını canlı yayımlayacaq

AFFA Dərc olundu: 04.08.2015 Çap
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşəkar Futbol Liqası Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımı ilə bağlı elan etdiyi tenderin qalibi CBC TV kanalı elan olunur.
CBC  Premyer Liqa oyunlarını canlı yayımlayacaq
TV Premyer liqa oyunlarını qeyd olunan şərtlər daxilində 1 il ərzində yayımlamaq hüququna görə AFFA-ya 700 min manat ödəyəcək. Yayım haqqı üçün ödənilən bu vəsait AFFA və PFL tərəfindən  Premyer Liqa klubları arasında bərabər şəkildə bölünəcəkdir.
 
İlkin razılığa əsasən  CBC beynəlxalq peyk TV olduğuna  və xarici dillərdə yayımlandığına görə ilk aylar oyunların şərhi rus dilində olacaq.  Azərbaycan dilində isə AFFA-nın youtube (AFFA Official ) kanalında  yayımlanacaqdır. CBC Sport kanalı açıldıqdan sonra şərhlər Azərbaycan dilində olacaq. CBC  TV  çəkilişləri   peşəkar səviyyədə - stadiondan asılı olaraq 8-12  kamera ilə həyata keçirməyi,   yaxın müddət ərzində idman kanalı açmağı və yayım hüququnu  o kanala  vermək öhdəliyini də  üzərinə götürmüşdür.
 
 
Baş Sponsor 
Partnyorlar