Bayıl stadionunda keçirilmiş final oyunu ilə "Coca-Cola U-13 Liqa"nın 2016/2017-ci il mövsümünə yekun vurulub.
“Qəbələ” və “Vətən” komandaları arasında keçirilmiş həlledici oyunda əyalət təmsilçisi 1:0 hesabı ilə qələbə qazanaraq liqanın qalibi olub. "Mançester Yunayted" isə üçüncü yeri tutub.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın İcraiyyə Komitəsinin üzvləri İsgəndər Cavadov və Vaqif Sadıqov, Texniki direktor Bernhard Lippert, Coca-Cola şirkətinin region üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev təqdim ediblər.
Mövsüm ərzində 51 qol vuran Ayxan Allahverdiyev (TİM) bombardirlər yarışında həmyaşıdlarını qabaqlayıb. “Vətən” klubunun üzvü Mübariz Hüseynzadəyə Fair Play mükafatı verilib. Liqanın ən yaxşı futbolçusu “Qəbələ” komandasından İxtiyar Məmiyev seçilib.