az en
News / İcraiyyə Komitəsinin iclası keçirilib

İcraiyyə Komitəsinin iclası keçirilib

AFFA Dərc olundu: 07.03.2018 Çap
Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
İcraiyyə Komitəsinin iclası keçirilib
Gündəlikdəki məsələlərin müzakirəsindən əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev futbol veteranı, uzun illər SSRİ çempionatının güclülər dəstəsində, habelə beynəlxalq oyunlarda hakimlik etmiş Rüstəm Rəhimovu 70 illik yubileyi münasibətilə təbrik edib, ona üzərində R.Rəhimov 70 yazılmış simvolik hakim forması təqdim olunub. Rüstəm Rəhimov göstərilən diqqətə görə minnətdarlığını bildirib, müəllifi olduğu “Bu mənim alın yazımdır” avtobioqrafik kitabını AFFA prezidentinə hədiyyə edib.
İcraiyyə Komitəsi gündəlikdəki məsələlərin müzakirəsindən sonra aşağıdakı qərarları qəbul edib:
 
1. Zeynal Zeynalov çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunsun.
 
2. Adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:
Xüsusi təqaüd:
Müzəffər Qasımov
Gündüz Cəfərov
 
Təqaüd:
Vaqif Davudov
Nadir Qasımov
İsmayıl Hüseynov
Ağarza Rzayev
 
3. Zaur Hacı-Məhərrəmov AFFA-nın Klubların Lisenziyalaşdırılması üzrə komissiyasının üzvü təyin olunsun.
4. AFFA-nın yanında Media Komitəsinin yeni formatda fəaliyyəti ilə bağlı müzakirələrin aparılması katibliyə həvalə olunsun və İcraiyyə Komitəsinin növbəti iclasına təkliflər təqdim olunsun.
İclasda Futbol oyunlarının nəticəsinin manipulyasiyası məsələləri və nəticəsi şübhə doğuran oyunlarla bağlı geniş müzakirə aparılıb.
Azərbaycan Futzal Federasiyasının prezidenti, İcraiyyə Komitəsinin üzvü Zaur Axundov futzal federasiyasının fəaliyyəti ilə bağlı məruzə edib.
 
Baş Sponsor 
Partnyorlar