az en
News / İcraiyyə Komitəsinin iclası keçirilib

İcraiyyə Komitəsinin iclası keçirilib

AFFA Dərc olundu: 24.07.2018 Çap
Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilib. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
İcraiyyə Komitəsinin iclası keçirilib
  1. 2018/2019-cu il mövsümündə Birinci Divizionda oyunlar Topaz Premyer Liqası klublarının əvəzedici komandaları və ötən mövsüm Birinci Divizionda çıxış etmiş 6 və ya 4 klubun iştirakı ilə keçirilsin
 
  1. Turnirdə iştirak edən komandalar üçün yaş limiti aşağıdakı kimi tətbiq olunsun:
  • 4 futbolçu – yaş limiti olmadan
  • 6 futbolçu – 1998-ci il və daha gənc təvəllüdlü
  • 1 futbolçu – 2001-ci il və daha gənc təvəllüdlü
  • Yaş limiti tətbiq olunmayan 4 futbolçudan 2-si legioner ola bilər
 
  1. Adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:
  • Nüvər Xasıyev
  • Səfər Rəhimov
 
Baş Sponsor 
Partnyorlar