az en
News / İcraiyyə Komitəsinin iclası keçirilib

İcraiyyə Komitəsinin iclası keçirilib

AFFA Dərc olundu: 14.09.2018 Çap
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:
 
İcraiyyə Komitəsinin iclası keçirilib
1. AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin strukturu dəyişdirilsin.
- Avstriyalı mütəxəssis, sabiq FIFA referisi, FIFA və UEFA hakim-inspektoru, UEFA Konvensiya meneceri, FIFA və UEFA RAP (Hakimlərə Dəstək Proqramı) təlimatçısı Fritz Stuchlik yeni strukturun rəhbəri təyin olunsun.
- Yeni struktur Hakimlər və Hakim-İnspektorlar Komitəsi adı altında fəaliyyət göstərsin.
- Hakimlər və Hakim-İnspektorlar Komitəsi birbaşa AFFA-nın İcraiyyə Komitəsinə tabedir və rübdə 1 dəfə İcraiyyə Komitəsinin üzvlərinə hesabat xarakterli məruzə etsin.
- Hakimlər və Hakim-İnspektorlar Komitəsinin tərkibinin müəyyənləşdirilməsi komitə rəhbərliyinə həvalə olunsun.
 
2. Klubların lisenziyalaşdırılması prosesi ilə bağlı aşağıdakı təklif qəbul olunsun:
- Əvəzedici komandanın yarışlarda iştirakı meyarı «A» dərəcədən «B» dərəcəli meyara keçirilsin.  Meyarın tələbini yerinə yetiriməyən klublara cərimə tətbiq olunsun.
 
Baş Sponsor 
Partnyorlar