az en
News / İcraiyyə Komitəsinin qərarları

İcraiyyə Komitəsinin qərarları

AFFA Dərc olundu: 31.07.2015 Çap
AFFA İcraiyyə Komitəsinin bü gün fövqəladə iclası keçirilib və aşağıdakı qərarlar qəbul olunub:
 
İcraiyyə Komitəsinin qərarları
  1. Peşəkar Futbol Liqasının müraciətinə əsasən “Rəvan” FK-nın 2015-2016-cı il mövsümü üçün Premyer Liqa yarışlarında iştirakı ilə bağlı müraciəti qəbul olunsun;
  2. 2016-2017-cı il mövsümü üçün lisenziyalaşdırma üzrə qaydalar təsdiq edilsin;
  3. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “Kəpəz Peşəkar Futbol Klubu” İctimai Birliyinin təsis olunmasında digər futbol qurumları ilə birgə təsisçi qismində iştirakı təmin olunsun;
  4. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “Turan Tovuz  Peşəkar Futbol Klubu” İctimai Birliyinin təsis olunmasında digər futbol qurumları ilə birgə təsisçi qismində iştirakı təmin olunsun;
  5. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “Zaqatala Peşəkar Futbol Klubu” İctimai Birliyinin təsis olunmasında digər futbol qurumları ilə birgə təsisçi qismində iştirakı təmin olunsun;
Baş Sponsor 
Partnyorlar