Xəbər verdiyimiz kimi, AFFA-nın təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə ilk dəfə olaraq muxtar respublikada fəaliyyət göstərən orta məktəblərdə çalışan bədən tərbiyəsi müəllimlərinin (hər məktəbdən bir müəllim) futbol biliyinin artırılması məqsədi ilə D kateqoriyalı məşqçi kursu keçirilir. 29 müəllimin iştirak etdiyi kursun ikinci günündə oyun formasının tətbiqi mövzusunda seminar keçirilib, praktiki məşğələlərin analizi aparılıb.