az en
News / Danışılmış oyunlarla bağlı görüş keçirilib

Danışılmış oyunlarla bağlı görüş keçirilib

AFFA Dərc olundu: 05.03.2019 Çap
AFFA-nın inzibati binasında danışılmış oyunlarla bağlı görüş keçirilib.
 
Danışılmış oyunlarla bağlı görüş keçirilib
Görüşdə UEFA nümayəndələri Graham Peaker və Massimilano Michenzi, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi Seymur Səlimli, AFFA-nın Hakimlər Komitəsinin əməkdaşları, Topaz Premyer Liqası və I divizionda çıxış edən klubların nümayəndələri iştirak ediblər. 
UEFA nümayəndələri xüsusi təqdimatla çıxış edərək danışılmış oyunlar, onlarla mübarizə üsullarından danışıb və UEFA-nın İntizam qaydalarında bu problemlə bağlı öz əksini tapmış müddəalar barədə məlumat verib, beynəlxalq təcrübədən nümunələr təqdim ediblər.
 
Baş Sponsor 
Partnyorlar