az en
News / Danışılmış oyunlarla bağlı seminar keçirilib (fotolar)

Danışılmış oyunlarla bağlı seminar keçirilib (fotolar)

Hakim-İnspektor Dərc olundu: 31.01.2019 Çap
Yanvarın 30-da və 31-də  AFFA-nın Futbol akademiyasında Topaz Premyer Liqası və Birinci divizion oyunlarına təyinat alan hakim-inspektorlar və AFFA nümayəndələri üçün danışılmış oyunlarla bağlı seminar keçirilib.
 
Danışılmış oyunlarla bağlı seminar keçirilib (fotolar)
UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyunlar haqqında nələri bilməlisiniz?”, “Əsas məqsəd sizi və futbolu qorumaqdır” mövzularında çıxış edib, İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, İntizam Komitəsinin İntizam Məcəlləsi haqqında məlumat verib. Maarifləndirici və hesabat xarakterli təqdimatla çıxış edən S. Səlimli seminar iştirakçılarının suallarını cavablandıran zaman bildirib ki, bu cür neqativ hallarla və ya şübhəli məqamlarla qarşılaşdıqda əlavə edilmiş linkə daxil olub, göstərilmiş əlaqə nömrələrinə və ya elektron ünvanlara məlumat göndərə bilərlər:
 
Baş Sponsor 
Partnyorlar