az en
News / İdman ləvazimatları ilə bağlı tender elan olunur

İdman ləvazimatları ilə bağlı tender elan olunur

AFFA Dərc olundu: 27.02.2019 Çap
2019/20-ci il  mövsümündə AFFA-nın Kütləvi futbol departamenti tərəfindən təşkil olunacaq tədbirlər üçün zəruri idman ləvazimatlarının alınması ilə bağlı AFFA tender elan edir.
Tələb olunan idman ləvazimatları ilə aşağıdakı keçiddən istifadə edərək tanış ola bilərsiniz:
İdman ləvazimatları ilə bağlı tender elan olunur
Tələb olunan ləvazimatların siyahısı 
Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün aşağıdakı keçiddən istifadə etməklə yükləyə biləcəyiniz “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”ini müvafiq qaydada dolduraraq AFFA-ya göndərməyiniz xahiş olunur. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”i təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.
Tenderdə iştirak etmək istəyənlər təkliflərini və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”ini 1 aprel 2019-cu il, saat 18:00-a qədər [email protected] elektron ünvanına göndərə bilər.
Əlavə suallarla bağlı [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz.
Qeyd: Eyni keyfiyyətdə və eyni qiymətdə olan məhsullarla bağlı təkliflər arasında seçim edilərkən yerli istehsalçıların məhsullarına üstünlük veriləcək.
 
 
Baş Sponsor 
Partnyorlar