az en
News / Dünya Ürək günü 2015 - Sağlam Ürək Sağlam ətraf mühit yaradır

Dünya Ürək günü 2015 - Sağlam Ürək Sağlam ətraf mühit yaradır

UEFA Dərc olundu: 29.09.2015 Çap
Hər il sentyabr ayının 29-da Dünya Ürək Federasiyası tərəfindən Ürək Federasiyasının rəsmi tərəfdarı olan UEFA-nın dəstəyi ilə Ürək Günü qeyd edilir.
 
Dünya Ürək günü 2015 - Sağlam Ürək Sağlam ətraf mühit yaradır
Ürək gününün əsas məqsədi qlobal maarifləndirməni inkişaq etdirərək, insanlara ürək-damar xəstəlikləri, aktiv və sağlam həyat tərzinin üstünlükləri haqqında məlumat vermək və sağlam ətraf mühit yaratmaqdır. Avropa futbol ailəsi ilə çalışaraq, biz ürək-damar xəstəlikləri səbəbindən vaxtından əvvəl ölümün azaldılmasına zəmanət verə bilərik.
 
Ürək-damar xəstəlikləri, həmçinin iflic dünyanın 1 nömrəli qatilləridir. Hər il bu xəstəliklər 17.3 milyon insanın vaxtsız ölümünə səbəb olur və 2030-cu ilədək bu rəqəmin 23 milyon olacağı gözlənilir. Ürək-damar xəstəlikləri nəticəsində baş verən vaxtsız ölümlərin azaldılması hələ ki riskli amillərin qarşısını alaraq həyata keçirilir: məsələn, tütünün istifadəsi, fiziki hərəkətsizlik, sağlam olmayan qidalanma rejimi. Bütün bunlar insanın ətraf mühiti ilə birbaşa əlaqəlidir.
 
Bu gün biz əmin olmaq istərdik ki, bütün ölkələrdən olan insanların yaşadıqları, hərəkət etdikləri, işlədikləri yerlərdə sağlam ürək seçimi etmək imkanları olsun. Hər yerdə hər kəs üçün sağlam ürək seçimləri prosesinə qoşulun və sağlam ürək selfisi çəkərək Tvitter hesabınızda #WHD2015#heartchoices hashtag-larından istifadə edərək paylaşın.
 
Dünya Ürək Federasiyasının prezidenti, Dr.Salim Yusuf Ürək gününün vacibliyini belə izah etmişdir: "Ürək xəstəlikləri və iflicin ağırlığını azaltmaq və onların təsirini və istiqamətini dəyişmək üçün, eyni zamanda hər kəs üçün hər yerdə sağlam ürək seçimlərinə dəstəyi gücləndirmək üçün bizim bir imkanımız var. Dünya Ürək Günündə 120-dən çox ölkədən istər fərdi şəxslər, istər ailələr, istərsə də icmalar və hökümətlər bizə qoşularaq ürək xəstəlikləri və iflic riskini azaltmaq üçün hərəkətə keçir. Mən hər kəsi bizə qoşulmağa səsləyirəm. Nə qədər kiçik cəhd olması heç fərq etməz, hər biri hesablanır."
 
 
Futbol Dünya Ürək Gününü dəstəkləyir
Uzun illərdir ki, UEFA, Avropa Sağlam Stadia Şəbəkəsi və Avropa futbol ailəsi Dünya Ürək Federasiyası ilə birgə sağlam və aktiv həyat tərzini dəstəkləyir və yağlanma və ürək-damar xəstəliklərinin qarşısını almaq üçün çalışır. Əsas illik qlobal kampaniya "Dünya Ürək Günü"nün təşəbbüskarlıq dəstəkçilərindən biri olaraq, bu il Azərbaycan Futbol Federasiyaları Assosiasiyası da futbol azarkeşlərini bir qayda olaraq, futbol, gəzinti və velosiped sürmə kimi fiziki aktiv tədbirlərdə iştirak etməyə səsləyir. Bununla, sağlam qidalanma rejimini mənimsəyə bilərik və ürək-damar xəstəlikləri riskini azalda bilərik.
 
UEFA sağlam qidalanma videoçarxı: Futbol azarkeşlərinə və onların ailələrinə sağlam ürək seçimlərinə kömək etmək üçün UEFA tərəfindən, Nacho Monreal, İvan Rakitiç, Alvaro Arbeloa və digərlərinin nitqi əsasında həm meydançada çıxış zamanı həm də ümumi həyat tərzimizdə sağlam qidalanma haqqında hazırlanmış videoçarx kömək edəcəkdir.   
 
Qol üçün qidalan: Kriştiano Ronaldo, Paul Poqba və Lotta Schelin kimi dünyanın ən yaxşı futbolçularının sağlam ürək reseptlərini öyrənmək üçün Eat For Goals! (Qol üçün qidalan) ingilis və ispanca mövcud olan mobil telefon proqramını əldə et.
Futbol ulduzlarının hansı yeməkləri sevdiklərini görməklə yanaşı, bu proqram sizə ərzaqlar haqqında addım-addım göstərişlər və məlumatlar verərək az təcrübəniz olan yeməkləri də dadlı və balanslı etməyin yollarını tez bir zamanda öyrədəcəkdir.
 
Baş Sponsor 
Partnyorlar