az en
News / Dünya və Avropa çempionu Bakıya gəlir

Dünya və Avropa çempionu Bakıya gəlir

Avropa Liqası Dərc olundu: 03.12.2018 Çap
2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqası turnirinin final oyununa hazırlıq kampaniyası çərçivəsində dünya və Avropa çempionu, karyerası ərzində bir sıra məşhur klublarda çıxış etmiş fransalı veteran futbolçu Rober Pires Bakıya səfər edəcək.

 
Dünya və Avropa çempionu Bakıya gəlir
Dekabrın 4-də Bakı Olimpiya Stadionunda Rober Piresin iştirakı ilə aşağı yaş qruplarından ibarət komandalarda çıxış edən uşaqlar üçün futbol festivalı keçiriləcək. Festival saat 11:00-da başlayacaq.
Sonra fransalı futbolçu Bakı Ekspo Mərkəzində təşkil olunacaq “Bakutel 2018”- 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində Avropa Liqası Final-2019 stendinin təqdimatında iştirak edəcək.
 
Baş Sponsor 
Partnyorlar