az en
News / Elçin Məmmədov UEFA-nın İşçi Qrupunun tərkibində

Elçin Məmmədov UEFA-nın İşçi Qrupunun tərkibində

Lisenziya Dərc olundu: 31.07.2017 Çap
Avropanın klub futbolunda idman və iqtisadi mühitin inkişafı məqsədilə UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsi (UEFA Club Licensing Committee) gələcək mövsümlər üçün nəzərdə tutulmuş UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play Qaydalarının təkmilləşdirilməsi ilə bağlı qərar qəbul edib. 
Elçin Məmmədov UEFA-nın İşçi Qrupunun tərkibində
Bu məqsədlə Komitə UEFA-nın nəzdində Klubların Lisenziyalaşdırılması üzrə İşçi Qrupu (Club Licensing Working Group) yaradıb. 8 nəfərdən ibarət olan İşçi Qrupunun tərkibinə Almaniya, İngiltərə, İtaliya, Belçika, İslandiya, Kipr və Sloveniya Futbol Federasiyalarının nümayəndələri ilə bərabər AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov da daxil edilib.
Qeyd edək ki, İşçi Qrupunun ilk iclası bu ilin oktyabrında Monteneqroda keçiriləcək.
Baş Sponsor 
Partnyorlar