az en
News / Elçin Səmədli hakimlik karyerasını başa vurub

Elçin Səmədli hakimlik karyerasını başa vurub

Hakimlər Dərc olundu: 13.12.2018 Çap
Bu gün futzal üzrə Yüksək Liqada XIII turun oyunları keçirilib. Turun “Neftçi” – EKOL oyunundan əvvəl AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik, komitənin departament rəhbəri Cavid Cəlilov, Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Rəmiş Malıyev, oyunun hakim-inspektoru Murad Məmmədov, EKOL komandasının rəhbərliyi FİFA referisi Elçin Səmədliyə hakimlik karyerasını başa vurması ilə əlaqədar təşəkkürnamə və xatirə hədiyyələri təqdim ediblər.
 
Elçin Səmədli hakimlik karyerasını başa vurub
18 may  1971-ci ildə Bakı şəhərində anadan olan Elçin Səmədli 2003-cü ildən hakimlik fəaliyyətinə başlayıb. Müxtəlif liqalarda oyunlar idarə edən referi 2006/2007-ci illərdə Premyer Liqa matçlarına təyinat alıb.
2007-ci ilin ikinci yarısından sırf futzal hakimi kimi fəaliyyət göstərən E.Səmədli 2008-2018-ci illərdə futzal üzrə FİFA referisi olub.
İndiyədək futzal üzrə ölkə çempionatının müxtəlif liqalarında, eləcə də Azərbaycan kuboku yarışında 1150-dən çox oyun idarə etmiş referi FİFA və UEFA-nın 83 rəsmi oyununa təyinat alıb. E.Səmədli UEFA-nın I kateqoriyasına qədər yüksəlməyi bacarıb.
 

 
Baş Sponsor 
Partnyorlar