az en
News / “Elit Məşq” layihəsi ilə bağlı təqdimat (fotoreportaj)

“Elit Məşq” layihəsi ilə bağlı təqdimat (fotoreportaj)

AFFA Dərc olundu: 22.08.2019 Çap
Bu gün AFFA-nın inzibati binasında aşağı yaş qruplarından ibarət Azərbaycan yığma komandalarının koordinatoru Miloş Velebit tərəfindən “Elit Məşq” layihəsi ilə bağlı prezentasiya təqdim olunub.
 
“Elit Məşq” layihəsi ilə bağlı təqdimat (fotoreportaj)
Tədbirdə əvvəlcə Elxan Məmmədov çıxış edərək iştirakçıları salamlayıb. “Elit Məşq” layihəsinin bir neçə ildir ki, tətbiq olunduğunu bildirən baş katib bu istiqamətdə yeni mərhələninin başladığını qeyd edib. Qeyd olunub ki, hazırkı mərhələdə layihə 26 məşqçinin iştirakı ilə keçiriləcək, lakin qarşıdakı müddət ərzində məşqçilərin və layihənin tətbiq olunduğu bölgələrin sayı artırılacaq.
Sonra Miloş Velebit “Elit Məşq” layihəsi ilə bağlı təqdimatla çıxış edib.
Tədbir layihə çərçivəsində fəaliyyət göstərəcək məşqçilərlə yanaşı AFFA rəsmiləri, Məqşçilər Komitəsinin üzvləri və milli komandaların məşqçilərinin iştirakı ilə keçirilib.
 
Baş Sponsor 
Partnyorlar