az en
News / Elxan Məmmədov: "Mənim üçün böyük təcrübə oldu"

Elxan Məmmədov: "Mənim üçün böyük təcrübə oldu"

AFFA Dərc olundu: 06.04.2017 Çap
AFFA-nın baş katibi Elxan Məmmədov UEFA İcraiyyə Komitəsinə seçki ilə bağlı affa.az-a açıqlama verib:
 
Elxan Məmmədov: "Mənim üçün böyük təcrübə oldu"
“Hörmətli futbol ailəsinin üzvləri. Bildiyiniz kimi,  AFFA-nın İcraiyyə Komitəsinin  iclasında mənim UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyim irəli sürülmüşdü. Ötən dövr ərzində UEFA-nın üzvü olan 55 ölkənin 50 milli assosiasiyasının rəhbər şəxsləri ilə görüşlərim oldu, seçki proqramımı təqdim etdim, futbolun inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi apardıq.  Aprelin 5-də Finlandiyanın paytaxtı Helsinki şəhərində təşkil olunmuş UEFA-nın 41-ci növbəti Konqresində keçirilən seçkidə qalib gələ bilməsəm də, seçkiyə hazırlıq dövründə Avropa futbolunun nüfuzlu şəxsləri ilə görüşlərim mənim üçün böyük təcrübə oldu və gələcək fəaliyyətimdə bu proses zamanı əldə etdiyim təcrübədən maksimum yararlanmağa çalışacağam. Konqresdə mənə səs verən 24  milli assosiasiyanın kollektivinə, hazırlıq dövründə məndən dəstəyini əsirgəməyən hər bir kəsə, ölkə futbol ictimaiyyətinə, media təmsilçilərinə, ümumilikdə, futbol ailəmizə dərin təşəkkürümü bildirirəm”.
 
Baş Sponsor 
Partnyorlar