Türkiyə milli komandasının baş məqşçisi Şenol Güneş və komandanın meneceri Hüseyn Coşkun bu gün Bakıya işgüzar səfərə gəlib. Səfər çərçivəsində türkiyəli qonaqlar Bakı şəhərindəki stadionlara və otellərə baxış keçiriblər.
Xatırladaq ki, Avro-2020-nin final mərhələsinin A qrupunda Türkiyə millisi iyunun 17-də Uels, 4 gün sonra isə İsveçrə millisi ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.