az en
News / Eyni rəqiblə növbəti heç-heçə

Eyni rəqiblə növbəti heç-heçə

U-19 Dərc olundu: 23.09.2016 Çap
Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması daha bir yoldaşlıq oyunu keçirib. Növbəti dəfə Xorvatiyanın U-19 yığması ilə qarşılaşan komandamız yenə heç-heçə edib – 1:1. Yığmamızın qolunu Camal Camalov vurub.
Xatırladaq ki, bu komandalar arasında sentyabrın 20-də keçirilmiş yoldaşlıq oyunu 2:2 hesabı ilə bitmişdi.
 
Eyni rəqiblə növbəti heç-heçə
Baş Sponsor 
Partnyorlar