az en
News / Fəaliyyət keyfiyyət standartlarına uyğundur

Fəaliyyət keyfiyyət standartlarına uyğundur

Lisenziya Dərc olundu: 23.01.2019 Çap
İsveçrənin SGS şirkəti 2018-ci ildə AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb. 
Fəaliyyət keyfiyyət standartlarına uyğundur
Şirkət tərəfindən AFFA-ya ünvanlanmış təbrik məktubunda qeyd olunub ki, AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğundur və Lisenziyalaşdırma qrupu 2019-20-ci il Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.
Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.
 
Baş Sponsor 
Partnyorlar