az en
News / FİFA və UEFA nümayəndələri danışılmış oyunlarla bağlı görüş keçirib (fotolar)

FİFA və UEFA nümayəndələri danışılmış oyunlarla bağlı görüş keçirib (fotolar)

AFFA Dərc olundu: 26.09.2019 Çap
AFFA-nın inzibati binasında danışılmış oyunlarla bağlı görüş keçirilib.
 
FİFA və UEFA nümayəndələri danışılmış oyunlarla bağlı görüş keçirib (fotolar)
İki gün davam edən görüşdə FİFA nümayəndəsi Stephanie Eichenberger,  UEFA nümayəndəsi Massimilano Michenzi, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli iştirak ediblər. Gənclər və İdman Nazirliyinin nümayəndəsi, Hakimlər Komitəsinin, PFL-in əməkdaşları, hakimlər, hüquq-mühafizə orqanlarının, Premyer Liqa və I Divizionda çıxış edən klubların nümayəndələrinin də qatıldığı görüşdə qonaqlar xüsusi təqdimatla çıxış edərək danışılmış oyunlar, onlarla mübarizə üsullarından danışıblar. FİFA və UEFA nümayəndələri müvafiq olaraq FİFA-nın və UEFA-nın İntizam qaydalarında bu problemlə bağlı öz əksini tapmış müddəalar barədə məlumat verib, beynəlxalq təcrübədən nümunələr təqdim ediblər.
 
Baş Sponsor 
Partnyorlar